İsrail ABŞ-la süni intellekt üzrə birgə bəyannamə imzalayan ilk ölkə olub
Petr Pavel: ABŞ olmadan Ukraynadakı müharibənin həlli mümkün deyil
Aİ Ukrayna üçün sürətli, lakin məhdud üzvlük ideyasını nəzərdən keçirir
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
1 May 2020 17:32
1 512
Azərbaycandakı maddi mədəniyyət abidələrinin tədqiqi e.ə. II-I minilliklərdə ölkə ərazisində zəngin mədəni və siyasi baxımdan əhəmiyyətli proseslərin baş verdiyini göstərir. Bu fikir AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qafqazda e.ə. II-I minilliklərdə mədəni - tarixi prosseslər: ətraf bölgələrin təsiri, sosial qurluş və dini inanclar" mövzusunda keçirdiyi videokonfransda bildirilib.
Konfransda qeyd edilib ki, bu baxımdan dövrün inzibati idarəçiliyi, vahid dini inanclar sistemi və hərb işinin priroritet olması barədə geniş məlumatların əldə edilməsi aparılan araşdırmaların əsas nəticələri olub. Videokonfransda tədqiqatçılar bildiriblər ki, e.ə. II-I minilliklər ölkəmizin qədim dövr tarixinin ən əhəmiyyətli mərhələlərini özündə əks etdirir.
Tədqiqatçılar Orta tunc dövrü, Son Xoçalı-Gədəbəy mədəniyyəti və Antik dövrün problemlərinə aid mövzuları müzakirə edib və gələcək illərdə Azərbaycan arxeologiyasının yeni tədqiqat mövzularına ehtiyac olduğunu bildiriblər. Videokonfrans iştirakçıları müasir arxeologiya elminin tələbləri fonunda radiokarbon tarixlər seriyasının yaradılması, paleometal, paleoantropoloji, palinoloji, arxeogenetik və d. arxeometrik sahələr üzrə tədqiqatlar istiqamətində araşdırmaların intensivləşdirilməsinin vacibliyini də söyləyiblər.