Tovuz ziyalıları professor Ilham Rəhimova təşəkkür məktubu göndəriblər Hadisə

Tovuz ziyalıları professor Ilham Rəhimova təşəkkür məktubu göndəriblər

Prezidentin koronavirusla mübarizə çağırışına dəstək verdiyinə görə Tovuz rayonunun bir qrup ziyalısı hüquq elmləri doktoru, professor Ilham Rəhimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək verdiyinə görə təşəkkür məktubu göndəriblər.

Həmin məktubda bildirilir ki, dünyanı başına götürmüş və yüz minlərlə insan ölümünə səbəb olmaqda davam edən CORONA-19 virusunun törətdiyi bu bəşəri bəla vətənimiz Azərbaycandan da yan keçməyib. “İnsanların varlığına təhlükə yarandığı bu ağır günlərdə eloğlanlarımız - iş ortaqlarınız Qot Nisanov və Zarax İliyevlə birlıkdə doğma xalqımızı düşünməyınız və təhlükəsizliyinin qayğısında olduğunuzu əməli fəaliyyətinizlə nümayiş etdirməyinizdən qürür duyduq. Sizin ölkə Prezidentinin müraciəti əsasinda Koronavirusla Mübarizə Fonduna 2 milyon manat həcmində maddi vəsait köçürdüyünüzdən, əlavə olaraq ölkəyə müasir avadanlıqlarla təhciz olunmuş 10 ədəd təcili tibbi yardım ambulansları hədiyyə etdiyinizdən hədsis dərəcədə məmnun olduq. Biz bu addımlarınızı belə ağır və çətin günləridə xalqımıza və vətənimizə olan sevgi və diqqətinizin bariz nümunəsi hesab edirik”-deyə Tovuzlu ziyalılar qeyd edirlər. Ziyalılar professor İlham Rəhimova ünvanladıqları məktubda həmin ambulanslardan birinin Tovuz rayonuna hədiyyə edilməsini xüsusi minnətdarlıq hissi ilə yada salırlar: “Ambulanslardan birinin Tovuz rayon səhiyyə sisteminə hədiyyə etməyiniz isə tovuzlulara əsil sürpriz oldu. Sizin bir neçə il öncə Cilovdarlı kəndində müasir tibbi avadanlıqlarla təhciz edilmiş xəstəxana tikdirməyinizi, bir çox imkansız ailələrə və tələbələrə təmannasız yardım etməyinizi, eləcə də digər xeyriyyəçilik fəaliyyətinizi yüksək qiymətləndirik. Sadaladığımız fəaliyyətləriniz sizin yurda, el-obaya sıx bağlılığınızın göstəricisidir. Bütün bunlara görə, rayonumuzun sakinləri adından sizə dərin minnətdarlığımızı bildiririk”.