“Nurçu”lar və onların havadarları çevriliş etmək iqtidarında deyildilər” Hadisə

“Nurçu”lar və onların havadarları çevriliş etmək iqtidarında deyildilər”

Arzu Nağıyev: "Sonrakı aqibətləri də bir daha göstərdi ki, onlar böyük oyunların çox kiçik fiqurlarıdırlar"

Nazim Cəfərsoy: "Azərbaycanda xarici qüvvənin və ya dövlətin hakimiyyəti dəyişdirə biləcəyini düşünmürəm"

Türkiyə enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bu ölkənin mətbuatına müsahibəsi zamanı keçən ilin sonlarında Bakıda planlaşdırılan nurçu dövlət çevrilişindən danışıb. Yıldız müsahibənin ortasında Türkiyədə "paralel quruluş" adlanan qruplaşma tərəfindən 2013-cü il dekbarın 17-də rüşvət əleyhinə başlamış əməliyyatı xatırladıb. Onda xüsusi əməliyyat qrupu 4 nazir oğlunu, həmçinin iranlı iş adamı Rza Zərrabı həbs eləmişdi. Həmçinin, baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan şübhəli kimi istintaqa cəlb edilmişdi.
Həmin günlər telefonu ən çox dinlənən nazir olduğunu xatırlayan Taner Yıldız sonra deyib: "Əgər Ankaradakı, Türkiyədəki 17 dekabar əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı".
Yıldız 17 dekabr böhranından çıxmaq üçün geniş beynəlxalq danışıqlar apardıqlarına bildirib: "Dövlət və hökumət başçıları, məsələn, hörmətli Putinlə birbaşa görüşdük. Hansı səlahiyyətlə bizim telefonu dinləyirdilər? Apardıqları kəşfiyyat xidmətini yaxınlara deyil, uzaqlara göstərirdilər".
Xatırladaq ki, baş nazir Rəcəb Tayyib Ərdoğan müxalifətin tələbinə baxmayaraq həmin günlərdə istefa vermədi. Daha sonra hakim partiya yerli seçkiləri qazandıqdan sonra, o, rüşvətə qarşı əməliyyatlarda iştirak etmiş hüquq-mühayfizə işçilərinin iş yerlərin6i dəyişdi, bəzilərin vəzifədən çıxardı. Daha sonra həbsdə olan nazir balalarını azadlığa buraxdı. Həmçinin məsələni müzakirəyə çıxararaq 17 dekabr əməliyyatı ilə bağlı istintaqın davam etdirilməsini qadağan etdi.
Taner Yıldızın Azərbaycanda nurçulartla bağlı açıqlaması reallığı nə dərəcədə əks etdirir? Doğrudanmı Azərbacandakı nurçular "Bakını ələ keçirəcək" qədər böyük mgücə sahib idilər?
Politoloq Arzu Nağıyev bildirdi ki, Türkiyə enerji və təbii ehtiyatlar naziri Taner Yıldız öz müsahibəsində Türkiyədə "paralel quruluş" adlanan qruplaşma tərəfindən 2013-cü il dekbarın 17-də rüşvət əleyhinə başlamış əməliyyatıdan danışıb: "Məlumdur ki,həmin vaxt 4 nazir oğlu, və iranlı iş adamı Rza Zərrabı həbs edildi. Hətta, Rəcəb Tayyib Ərdoğanın oğlu da istintaqa cəlb edildi, müxalifət Ərdoğanın istefasını tələb etdi və bu alınmadı. Bundan sonra AKP yerli seçkilədə qələbə qazandı və həmin əməliyyatlarda iştirak etmiş hüquq-mühafizə işçilərini vəzifədən azad etdi və və bəzilərinin iş yerlərini dəyişdi, həbsdə olan bir neçə şəxsi azad edərək, 17 dekabr əməliyyatı ilə bağlı istintaqa yekun vurdu. Bütün bu məsələləri yada salan Taner Yıldız Rusiya və bir neçə dövlət başçıları ilə görüşdüklərini və bu məsələlri müzakirə etdiklərini qeyd edib və bildirib ki, "Türkiyədəki 17 dekabar əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı". Yəni bu çıxışında nazir "çevriliş" və s. bəhs etməyib, sadəcə olaraq Azərbaycanda da 17 dekabr əməliyyatlarını dəstəkləyən,və bunun marağında olan qüvvələrin olduğunu qeyd edib. Məlumdur ki, tez –tez adları hallandırılan "nurçu "lar və onların havadarları həmin vaxt çevriliş etmək iqtidarında deyildilər və buna nail ola da bilməzdilər. Sonrakı aqibətləri də bir daha göstərdi ki, onlar böyük oyunların çox kiçik fiqurlarıdırlar…".
Siyasi təhlilçi Nazim Cəfərsoy "şəxsən mənim bir analitik kimi bu teziisi gücləndirəcək, və ya yalanlayacaq spesifik məlumatim yoxdur",- deyə vurğuladı: " Bu barədə mətbuatda gedən məlumatların nə qədərinin doğru, nə qədərinin təbilgat xarakterli olduğunu isə müəyənləşdirmək çətindir. Türkiyəli nazir Taner Yıldızın Azərbaycan barəsindəki açıqlamasını da bu çərçivədə nə qədər realliği əks etdirdiyini qiymətləndirmək imkanında deyiləm. Ancaq mən Azərbaycanda xarici bir qüvvənin və ya dövlətin hakimiyyəti dəyişdirə biləciyini düşünmürəm. Xarici qüvvə və ya dövlət ola bilər ki, ölkədə ancaq nəsə sabitliyi pozacaq müəyyən işlər həyata keçirmə imkanlarına sahib olsun. Ancaq dövlətin bəzi qərarlar alması ölkə rəhbərliyində caamatin ölkədəki fəaiyətləri barəsində müəyyən narahatcılıqları olduğunu göstərir. Yılmazın açıqlması isə Türkiyə hökümətində Azərbaycan rəhbərliyinin bu qərarlarının yetərsiz olduğuna dair narahatçılığının təzahürü kimi izah edilə bilər. Bu açıqlamanın Rusyanin bölgədə daha da gücləndiyi və bu çərçivədə Azərbaycanın da Türkiyənin dəstəyinə ehtiyacını artdiği bir dövrdə gündəmə gəlməsi isə diqqəti cəlb edən bir digər məqamdır".

Əli