Elm sahəsində yenilik Hadisə

Elm sahəsində yenilik

Azərbaycanda yeni qurum yaradılacaq

Azərbaycanda elmi müəssisə və təşkilatların akkreditasiyasını həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Dövlət Elmi Akkreditasiya Xidməti yaradılacaq.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı "Trend"ə bildirib ki, "Elm haqqında" qanun layihəsinə görə, elmi-tədqiqat müəssisələrinin akkreditasiyanın məqsədi elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi-tədqiqat müəssisəsinin maddi-texniki bazasının, infrastrukturunun, elmi proqramların, elmi-tədqiqat nəticələrinin, kadr potensialının, maliyyə resurslarının və s. qəbul olunmuş dövlət standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir.
Akkreditasiya elmi müəssisə və təşkilatların dünya elm məkanında tanınması və reytinqinin yüksəldilməsi məqsədilə aparılır.
Müəssisələrə dövlət akkreditasiyası haqqında şəhadətnamə - sertifikat veriləcək. Akkreditasiya olunmuş elmi təşkilatların verdiyi elmi dərəcə və adlara hüquqi təminat verilir.
Qeyd edək ki, "Elm haqqında" qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə edilməsi nəzərdə tutulub.