Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
Yeni tədris ilində Bakıda 504 mindən çox şagird təhsil alacaq, 35 mindən çox uşaq bağçaya gedəcək
12:30
392
GünAz TV-nin əldə etdiyi məlumata görə, Ərdəbil həbsxanasında saxlanılan azərbaycanlı türk fəal Siyamək Mirzayi sentyabrın 12-də ailəsi ilə telefon danışığı zamanı saxlanıldığı bölmənin dəyişdirildiyini bildirib.
Siyamək Mirzayi Ərdəbil Mərkəzi Həbsxanasının 7-ci bölməsindən 9-cu bölməsinə köçürülüb.
Azərbaycanlı fəal sağ ayağının oynaq nahiyəsində şiddətli ağrı və iltihabdan əziyyət çəkir. Onun çarpaz bağ əməliyyatına və meniskin bərpasına ehtiyacı olduğu bildirilir.
Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqi adlı üç azərbaycanlı fəal iyunun 28-də (77 gün öncə) Xiyav (Mişkinşəhr) və Ərdəbil şəhərlərində saxlanılıb.
Fəalların mobil telefon, noutbuk, ev və iş yerindəki kompüterləri, həmçinin həyat yoldaşlarının mobil telefonları təhlükəsizlik qüvvələri tərəfindən müsadirə edilib. Onlar zor tətbiq edilərək Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıblar.
Onlara Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq şöbəsinin müstəntiqi Həsən Kərimi tərəfindən “qanunsuz qrupa üzvlük”, “İslam Respublikası əleyhinə təbliğat” və “media fəaliyyəti” ittihamları elan edilib.
10 Sentyabr 13:43
1 981
10 Sentyabr 11:43
2 037
10 Sentyabr 11:26
1 967