12:22
392
İran Xarici İşlər Nazirliyi İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri və vitse-prezidenti Məhəmməd Eslamiyə MAQATE Baş Konfransının 70-ci sessiyasında iştirak etmək üçün Vyananın vizadan imtina etməsinə görə Avstriyanın ölkədəki diplomatik missiyasının rəhbərini çağıraraq ona qəti etirazını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.
"Bütün beynəlxalq qanunlara əsasən, onlar İran nümayəndə heyətinə viza verməli idilər. Biz dərhal tədbir gördükvə etirazımızı bildirmək üçün Avstriyanın müvəqqəti işlər vəkilini çağırdıq", - deyə o, həftəlik mətbuat konfransı zamanı bildirib. Bəqayinin sözlərinə görə, Vyananın Vaşinqtonun təzyiqi altında vizadan imtina etməsi Avstriyanı öz hərəkətlərinə görə məsuliyyətdən azad etmir.
Buna qədər "Bloomberg" agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Avstriya hakimiyyəti ABŞ-nin təhriki ilə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə ölkəyə giriş vizası verməkdən imtina edib və nəticədə o, MAQATE-nin Baş Konfransında çıxış edə bilməyəcək.
Məryəm Quliyeva