Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib Siyasət

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.

Söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlanıb.

Ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq qeyd olunub. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rola toxunulub, bu xüsusda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin Bakıda keçirilən 7-ci görüşünün, həmçinin gələn il Azərbaycanda təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulanıb. Ölkəmizdə dini münasibətlərin yüksək səviyyədə tənzimləndiyi qeyd edilib.

Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü xatırlanıb. Qonaq bu mükafatın sertifikatını dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib