
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Ermənistan tərəfdən Dağlıq Qarabağa gətirilərək Azərbaycana qarşı döyüşən 6 muzdlu şəxs barəsində axtarış elan edilib.
Bunu Baş prokuror Kamran Əliyev bildirib. Onun sözlərinə görə, araşdırmalarla müəyyən edilib ki, Gürcüstan vətəndaşı olan Çaxaryan soyadlı şəxs Ermənistan tərəfindən muzdlu kimi döyüşlərə cəlb edilib və o, cinayətkar dəstə yaradaraq Azərbaycana qarşı döyüşür:
"Bununla yanaşı, Fransa vətəndaşı Minatanyan, Hovsepyan, ABŞ vətəndaşı Badasyan və Fransa vətəndaşı Artur Avanesyan barəsində axtarış elan edilib. Həmin şəxslər özləri ilə bərabər digər şəxsləri də döyüşlərə cəlb ediblər. Onların olduqları ölkələrə tərəfimizdən bildiriş verilib və həmin şəxslərin istintaqa cəlb edilməsi barədə qərar qəbul olunduğu bildrilib".
K.Əliyev deyib edib ki, hazırda istintaqda Livan, Gürcüstan, Yunanıstan və digər ölkə vətəndaşlarının da döyüşlərə cəlb edilməsi barədə məlumatlar var: "Onların barəsində araşdırmalar aparılır. Həmin şəxslər barədə araşdırmalar başa çatandan sonra onlar barədə də beynəlxalq axtarış elan ediləcək.