KİV: Fransa Yunanıstana bütün qırıcılarını Ukraynaya verməyi təklif edəcək
Dotcom: Zelenski ABŞ-ın maraqlarına zidd hərəkət etməyə başlayıb
İsrail və Livan atəşkəsi uzadıb, Tramp İranla "ən yaxşı razılaşma" axtarır
XİN: Bakı dialoq və əməkdaşlıq mərkəzi kimi əhəmiyyətini artırır
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
2 Dekabr 2020 09:49
2 849
Azərbaycan dövləti Qarabağ və ətraf rayonlardakı kəhrizləri hazırkı ağır vəziyyətdən xilas edəcək.
Bunu açıqlamasında İranda UNESCO-nun aparıcı su mərkəzi olan Beynəlxalq Kəhrizlər və Tarixi Hidravlik Quruluşlar Mərkəzinin baş tədqiqatçısı Məcid Ləbbaf Xaniki deyib.
M.Ləbbaf Xanikinin sözlərinə görə, Azərbaycanın bu kəhrizləri daha yaxşı vəziyyətə gətirmək üçün yetərincə potensialı var.
İranlı mütəxəssis bildirib ki, Azərbaycanın Bakı, Gəncə və Naxçıvan universitetlərində kifayət qədər peşəkar mütəxəssislər var: “Bu mütəxəssislər kəhrizlərin qazıntısı, onların qorunmasını çox yaxşı şəkildə bacarırlar”.
Mərkəz tədqiqatçısı qeyd edib ki, Azərbaycanın xeyli sayda qədim kəhrizləri var: "Azərbaycanı kəhrizlərin beşiyi olan ölkələrdən adlandırmaq olar".