“Sabah”la oyunda 2 qol vuran futbolçu: Bu qələbə bizim üçün çox vacib idi
Natəvan Həsənova: Böyük səhnəyə gedən yol istənilən şəhərdən başlaya bilər – MÜSAHİBƏ
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib
Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
11:28
455
Avstraliya hökuməti 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə qoyulan qadağanın pozulması ilə bağlı “Facebook”, “Instagram”, “TikTok”, “Snapchat” və “YouTube” platformalarına qarşı məhkəmə iddiaları qaldırmağa hazırlaşır.
Bu barədə “The Straits Times” nəşri Avstraliyanın rabitə naziri Anika Uellsin açıqlamasına istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, ölkənin onlayn təhlükəsizlik üzrə tənzimləyici qurumu olan eSafety Komissarlığı şirkətlərə qarşı məhkəmə prosesinə hazırlıq məqsədilə sübutlar toplayır.
Qeyd olunub ki, qurum mart ayında “Meta” şirkətinə məxsus “Facebook” və “Instagram”, həmçinin “TikTok”, “Snapchat” və “YouTube” platformalarının qanunvericiliyə əməl edib-etmədiyini araşdırmağa başlayıb.
Nəşrin məlumatına görə, iyul ayında dərc edilən hesabatda yaşı 16-dan az olan istifadəçilərin əksəriyyətinin mövcud hesablarını saxlaya və ya yeni hesablar yarada bildiyi müəyyən edilib. Buna əsas səbəb platformalarda yaşın effektiv yoxlanılması mexanizmlərinin yetərli olmamasıdır.
Avstraliyada 2025-ci ilin dekabrında qüvvəyə minən qadağa sosial media şirkətlərindən 16 yaşdan kiçik şəxslərin hesab açmasının qarşısını almaq üçün ağlabatan tədbirlər görməyi tələb edir.
Qanun pozuntularına görə maksimum cərimə məbləği 109,2 milyon Avstraliya dollarına çatdırılıb. Bundan başqa, eSafety Komissarlığına şirkətlərdən sənədlər tələb etmək, eləcə də hazırkı və keçmiş əməkdaşları ifadə vermək üçün çağırmaq səlahiyyəti verilib.
Uells bildirib ki, əldə olunan yeni səlahiyyətlər tənzimləyici quruma beş platformaya qarşı Federal Məhkəmədə iş qaldırmaq üçün zəruri sübutları toplamağa imkan verir.
11:46
336
11:40
420
11:32
511