Rubio: "Hindistan Ukrayna münaqişəsinin həllində müsbət rol oynayır" Dünya

Rubio: "Hindistan Ukrayna münaqişəsinin həllində müsbət rol oynayır"

Birləşmiş Ştatlar Hindistanın Ukraynadakı münaqişənin tənzimlənməsi yollarının axtarışındakı səylərini alqışlayır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "The Indian Express" qəzetinə müsahibəsində bəyan edib.

Hindistan tərəfinin təklif etdiyi barışıq planı haqqında sualı cavablandıran Rubio bunun "çox müsbət addım ola biləcəyini" deyib. "Biz bu konstruktiv səyləri alqışlayırıq. Mən Hindistan tərəfinin təxminən bir həftə yarım əvvəl hazırladığı mətnlə tanış olmuşam", - deyə o əlavə edib.

"Hesab edirəm ki, Hindistan son dərəcə mürəkkəb münaqişəni həll etməyə çalışaraq və əslində dünyanı bu münaqişənin energetika sahəsinə vurduğu fəsadlardan qorumağa can ataraq çox müsbət rol oynayır. Biz Hindistanın iştirakını alqışlayırıq. Onların çox peşəkar diplomatik korpusu var və onlar tərəfləri bir-birinə yaxınlaşdırmağa çalışaraq əla iş görüblər. Sadəcə vəziyyətin özü çox mürəkkəbdir", - deyə Dövlət katibi qeyd edib.

Məryəm Quliyeva