ÇL: “Bavariya”nın kapitanı “Arsenal”la oyunu buraxacaq İdman

ÇL: “Bavariya”nın kapitanı “Arsenal”la oyunu buraxacaq

Almaniyanın “Bavariya” klubunun kapitanı Coşua Kimmix UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Arsenal”la keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməyib.

Bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı yarımmüdafiəçi atasının vəfatı səbəbindən London təmsilçisi ilə matçda iştirak etməyəcək.

Qeyd edək ki, “Arsenal” – “Bavariya” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.