İranın daxili işlər naziri Azərbaycanda apardığı danışıqlardan məmnunluğunu bildirib
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Avropa İnvestisiya Bankı Naxçıvan dəmir yolu layihəsinə investisiya imkanlarını araşdırır
12:22
462
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin ayrılıqda 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Proses noyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriyi tanınıb.