İranın daxili işlər naziri Azərbaycanda apardığı danışıqlardan məmnunluğunu bildirib Siyasət

İranın daxili işlər naziri Azərbaycanda apardığı danışıqlardan məmnunluğunu bildirib

İranın daxili işlər naziri İsgəndər Mömininin Azərbaycana son səfəri uğurlu alınıb.

Bunu İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeyni-Vənd APA-nın Tehran bürosuna bildirib.

O deyib ki, səfər zamanı tərəflər sərhəd təhlükəsizliyi, terrorizmlə mübarizə, silah və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə və digər məsələləri müzakirə ediblər. Belə ki, İranın daxili işlər naziri aparılan danışıqlardan məmnunluğunu ifadə edib.

DİN sözçüsü əlavə edib ki, səfər çərçivəsində müzakirələrlə yanaşı, Azərbaycan tərəfi ilə bir sıra mühüm anlaşmalar əldə olunub.

Zeyni-Vənd qeyd edib ki, son səfərdən əvvəlki 10 il ərzində iki ölkənin daxili işlər nazirlərindən heç biri digər ölkəyə səfər etməyib.

O, rəsmi dəvət əsasında həyata keçirilən səfərin müsbət məqamlarından biri kimi İranın daxili işlər nazirinin Azərbaycanın Prezidenti ilə görüşünü vurğulayıb.