Uitkoff Oslodakı danışıqları məhsuldar adlandırıb Dünya

Uitkoff Oslodakı danışıqları məhsuldar adlandırıb

Ukrayna böhranının tənzimlənməsi üzrə oktyabrın 20-də Osloda keçirilən danışıqlar məhsuldar olub və irəliləyişlər var.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika liderinin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bəyan edib.

"Sizi Osloda keçirilən danışıqların nəticələri barədə məlumatlandıracağam. Hesab edirəm ki, danışıqlar məhsuldar keçdi. Bildirmək istərdim ki, irəliyə doğru irəliləyişlər var", - deyə Uitkoff Putinə müraciətində qeyd edib.

Məryəm Quliyeva