Səfirlikdən anonim iddialara cavab Hadisə

Səfirlikdən anonim iddialara cavab

"ABŞ Azərbaycandakı heç bir seçkiyə təsir göstərmək niyyətində deyil"

ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama çıxış edib. Səfirlikdən Modern.az-a verilən açıqlamada bildirilib ki, mətbuatda ABŞ-ın gələn seçkilərə dair güyaki planlaşdırdığı siyasəti barədə dərc edilən anonim iddialar həqiqətə uyğun deyil.
"ABŞ Səfirliyindən hər hansısa məlumatın şərh edilməsi xahiş olunmayıb və biz sözügedən məlumatları təkzib edirik. Müvəqqəti işlər vəkili Derek Hoqan həqiqətən siyasi partiyaların baxışlarını daha yaxşı anlaması məqsədilə bir sıra partiyalarla görüşlər keçirib. Müstəqil, suveren və demokratik dövlət kimi Azərbaycanın inkişafına təkan verən Amerika Birləşmiş Ştatları heç bir seçki prosesinə öncədən qiymət vermək və ya təsir göstərmək niyyətində deyil. Biz Azərbaycan hökuməti və xalqı ilə müxtəlif səpkidə əməkdaşlığ etmək ümidindəyik".