“Azərbaycanda 32 terror hadisəsi həyata keçirilib” Hadisə

“Azərbaycanda 32 terror hadisəsi həyata keçirilib”

Emin Həsənli: "Amma bunlara qarşı konkret olaraq heç bir addım atılmır"

"Bu gün Avropa dünyanın təhlükəsizliyinə daim öz töhfəsini verib. Avropa Beynəlxalq Sülhyaratma proseslərində iştirak edir və bu işlərə də yaxından dəstək verir. Təbii ki, bundan sonra da bu dəstək davam etdiriləcək". Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli Avropa Təhlükəsizlik Xidmətinin yaradılması ideyasının ortalığa atılmasına və bunun reallaşmasının nə dərəcədə düzgün olmasına münasibət bildirərkən deyib. Hərbi eskpertin sözlərinə görə, hər terror hadisəsi ortaya çıxdığı halda dünyanın aparıcı dövlətləri buna qarşı birgə mübarizədən danışırlar, amma bunu yaradan səbəblərin aradan qaldırılması üçün konkret addımlar atmırlar: "Sanki terror böyük dövlətlərə qarşı olanda biz bütün halda onu pisləyirik. Təbii ki, bu, ağrıdır və faciədir. Amma Azərbaycan kimi dövlətlərə terror hadisələri olanda və ərazisi işğala məruz qalanda sanki belə də olmalıdı, buna dünya dözümlü yanaşmalıdır və cinayətkar cəzalandırılmamalıdır. Bildiyiniz kimi, Azərbaycan xeyli sayda itki verib və 32 terror hadisəsi həyata keçirilib. Amma bunlara qarşı konkret olaraq heç bir addım atılmır, BMT TŞ-nın qərarları yerinə yetirilmir və dünya dövlətlərinin rəhbərləri gəlib yürüş keçirmirlər. Təbii ki, biz harda olmağından asılı olmayaraq bütün terroru pisləyirik. Çünki, biz terrordan əziyyət çəkmişik. Azərbaycanda metroda, avtobusda olan terror aktları buna bariz sübutlardır. Lakin sülhdən, hümanizdən danışan o dövlətlərin paytaxtlarında buna qarşı reaksiya və heç bir etiraz görməmişik. Amma Fransada baş verən terrora dünyanın etiraz etməsini biz yüksək qiymətləndirik. Məlum 11 sentyabr hadisələrindən sonra biz düşündük ki, ABŞ və Qərb dünyanın hansı yerində terror olsa onu lənətləyəcək. Amma təəssüflər olsun ki, biz bunu reallıqda görmədik".

Əli