Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Qüdrət Həsənquliyevə Hadisə

Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Qüdrət Həsənquliyevə

Hörmətli Qüdrət müəllim!
Sizi - memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Parlamentində şərəflə təmsil olunan və onun uğurlu fəaliyyətinə böyük töhfələr verən dəyərli şəxsiyyəti, fəal və prinsipial millət vəkilini, tanınmış ictimai-siyasi xadimi – 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə çağdaş respublikamızda müstəqil dövlətçiliyimizin inkişafı və milli qanunvericilik bazasının möhkəmləsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi zəngin təcrübənizi və səylərinizi əsirgəmirsiniz. Yüksək intellektual səviyyəniz və peşəkarlığınız, səmimi və mehriban münasibətiniz ilə Siz bütövlükdə Milli Məclis kollektivinin dərin hörmətini qazanmısınız.
Azərbaycanda siyasi və hüquqi islahatların həyata keçirilməsi proseslərinə həmişə yüksək vətəndaşlıq mövqeyindən yanaşan böyük ziyalı kimi beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizlə ölkəmizin yüksək adının nüfuzlu beynəlxalq təşkilatların ali tribunalarından dəfələrlə səsləndirilməsinə nail olmusunuz. NATO və AVRONEST Parlament assambleyalarında Azərbaycan Parlament nümayəndə heyətinin üzvü olaraq səmərəli fəzliyyətiniz ölkəmiz üçün mühüm və faydalı olmaqla yanaşı, Sizə olan böyük inam və etimadın göstəricisi kimi dəyərləndirilməlidir.
Sizi 50 illik yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı arzulayır, çoxşaxəli və şərəfli fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Hörmətlə,
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli