Gürcüstan azərbaycanlıları Zəlimxan Məmmədlinin müdafiəsinə qalxdı Hadisə

Gürcüstan azərbaycanlıları Zəlimxan Məmmədlinin müdafiəsinə qalxdı

Bir sıra nüfuzlu şəxslər və ictimai qurumlar Gürcüstan rəhbərliyinə müraciət ünvanlayıblar

Gürcüstanda fəaliyyət göstərən bir sıra nüfuzlu QHT rəhbərləri, millət vəkilləri, yaradıcı birliklər, mətbuat orqanları rəhbərləri və ziyalılar Gürcüstan prezidentinə, baş nazirinə və parlament sədrinə müraciət ünvanlayıblar.
Müraciətdə deyilir: "Diqqətinizə çatdırırıq ki, Azərbaycanda fəaliyyətdə göstərən və Gürcüstanla sıx əlaqəsi olan olan "Borçalı" Cəmiyyətinin gördüyü işlər diqqətəlayiqdir. Bu təşkilat xalqlarımız və dövlətlərimiz arasında dostluğumuzun möhkəmlənməsində müstəsna xidmətləri ilə seçilən aparıcı bir neçə təşkilatdan biridir.
Təəssüflə qeyd etməliyik ki, "Borçalı" Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədlinin və onun müavini Salman Murğuzovun ictimaiyyətimizə məlum olmayan səbəblərə görə 19 oktyabr 2014-cü ildən Gürcüstana girişinə qadağa qoyulub. Amma məlumunuz olsun ki, onların fəaliyyəti Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə, bizlərin Gürcüstan cəmiyyətinə inteqrasiya olunmasına dəstək verməkdən başqa heç bir əməli işləri yoxdur.
Təməli keçmişdən gələn və ulularımız tərəfindən sağlam dayaqlar üzərində bərqərar olan dostluğumuza xidmət göstərən bu şəxslərin doğma vətənləri Gürcüstana buraxılmamasını biz səhv addım hesab edirik. İnanırıq ki, Gürcüstanda doğulub boya-başa çatmış Zəlimxan Məmmədliyə (Qardabanidə anadan olub) və onun müavini Salman Murğuzova (Saqareco rayonunda anadan olub) Konstitusiya ilə təsbit edilmiş hüquqların şamil olunmasına göstəriş verəcək və onların doğma vətəni olan Gürcüstana girişinə qoyulan qadağanı qaıdracaqsınız. Sizdən müsbət cavab alacağımıza əmin olaraq xalıqlarımız arasındakı dostluğa, səmimi münasibətə böyük töhfə verəcək bu addımı səbrsizliklə gözləyirik".
Müraciətə Gürcüstan parlamentinin üzvləri Mahir Dərziyev, Azər Suleymanov, Əli Məmmədov
Gürcüstanın sabiq deputatları Ramiz Bəkirov, Zümrüd Qurbanov, Hidayət Hüseynov, Vaqif Mustafayev, Azərbaycandilli mətbu orqanlardan "Gürcüstan", "Regionpress" və "Sözün işığı" qəzetləri, "Ümid" və "Qarapapaqlar" adl nəşrlərin kollektivi, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Qeyrət Xalq Hərəkatı, "Tolerans" İctimai Birliyi, "Varlq" Mədəniyyət Mərkəzi, Kvemo-Kartilinin insan haqları üzrə müvəkkiliyi və bir sıra digər ictimai qurumlar
Qoşulublar.