70 əlil Nabran istirahət zonasına göndərilib Hadisə

70 əlil Nabran istirahət zonasına göndərilib

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq bu gün 70 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət zonasında yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərilib.Bununla da cari ilin aprelindən başlayaraq ötən müddətdə nazirlik tərəfindən 670 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub. İstirahət günlərində əlilliyi olan şəxslər üçün idman yarışları, musiqili-əyləncəli tədbirlər, fizioterapevtik müalicə prosedurları, görməli yerlərə gəzinti turları təşkil olunur. Onlar istirahət mərkəzlərinə, eləcə də gəzinti turlarına xüsusi nəqliyyat vasitəsi ilə aparılıb-gətirilirlər. Ümumilikdə cari ildə ƏƏSMN tərəfindən 1000 nəfərdən çox bu təbəqədən olan vətəndaşın respublikanın füsunkar təbiətə malik guşələrində istirahətə göndərilməsi nəzərdə tutulub. Nazirliyin "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" əsasında həyata keçirilən tədbirlər əlilliyi olan şəxslərin yaz-yay aylarında mənalı istirahətinin təşkilinə xidmət edir.