Ofisiantlıqdan aktyorluğa... Mədəniyyət

Ofisiantlıqdan aktyorluğa...

O, ən məşhur aktyorlardan biridir. Onu məşhur edən təkcə çəkildiyi filmlər deyil, həm də məşhur aktrisa Ancelina Coli ilə evliliyidir.
Əsl adı Uilyam Bredli Pitt olan aktyor 1963-cü il 18 dekabrda ABŞ–ın Oklahama ştatının Şauni şəhərində anadan olub. Bill Pitt və Ceyn Pitt cütlüyünün övladı olan Bredin özündən balaca Dug adlı qardaşı və Culi Nil adlı bacısı var. Atası yük maşınları kompaniyasının sahibi olub, anası isə orta məktəblərdən birində müəllim işləyib.
Ailəsi Missouriyə köçdüyü üçün Bred təhsilinə orda başlayıb. Məktəb illərində amerikalı gənclər kimi beyzbol, xor, teatr və siyasətlə məşğul olub. Orta məktəbdə təhsil alarkən Bred məktəbin qolf komandasında iştirak edirdi, həmçinin üzgüçülük və tennis komandalarının da üzvü idi. Ancaq kinoya daha böyük marağı vardı. Jurnalsit və reklam təhsili almaq üçün Missouri Univeristetinə daxil olan Pitt, 1987-ci ildə universitetdən yarımçıq ayrılıb.
Film ulduzu olmağı qarşısına məqsəd qoyan aktyor əvvəl Kalofirniyaya, daha sonra Los-Ancelesə gedərək orda xırda işlərlə məşğul olur, gündəlik xərclərini çıxarır. Ailəsinə Pasedanada Sənət Məktəbində oxuduğunu deyən Bredin ən böyük xəyalı gələcəkdə məşhur aktyor olub ailəsinin üzünü ağ etmək idi.
Həyatı ilə bağlı "Esquire" jurnalına danışan Bred deyib: "Bir yeri tərk edib, geriyə baxmamağı çox yaxşı bacarıram. Hər zaman doğulduğum yerdən bir gün ayrılacağımı bilirdim. Çöldə yaşanılacaq çox şey var və mən hamısını görmək, hiss etmək istəyirdim. Mənim doğulduğum yerdə aktyorluğa heç vaxt vacib bir iş kimi baxılmırdı. Fürsət mənə gəlməzsə mən ona gedərəm dedim və getdim".
Ofisiantlıqdan sürücülüyə, avtomobil təmirindən toyuq geyimi geyinərək reklam broşuru paylamağa qədər çox iş görən Pitt, ilk roluna "Dallas" teleserialı ilə başlayıb. O daha sonra "Happy Together" və "Cutting Class"adlı filmlərdə yer alıb. Onun aktyorluq karyerası 1987-ci ildən başlayıb.
Pitt ilk ciddi aktyorluq təcrübəsini "Thelma & Louise" adlı filmdə keçib. Bundan sonra "Too Young to Die?" filmində rol alıb. 1992-ci ildə oynadığı "A River Runs Through It" ("Bizi ayıran çay") adlı filmi ilə özündə olan aktyorluq potensialını görüb. 1994-cü il istehsalı olan "Legends of the Fall" ("Ehtiras Rüzgarları") adlı filmdə romantik obrazı canlandıran Pitt, aktyorluğundan əlavə yaraşıqlı olması ilə diqqəti cəlb edib. Pitt "People" jurnalının "Yaşayan ən seksual kişi" adını alıb. Neil Cordanın rejissorluğu ilə çəkilən "Interview With the Vampire" ("Vampirlə Görüş") adlı filmdə Bred Pitt vampir obrazını canlandırıb. Bu filmdə onunla bərabər Tom Kruz və Antonio Banderas kimi məşhur aktyorlar yer alıb.
Pitt, 1995-ci ildə baş rollarını Morqan Freman, Kevin Spesi və Quinet Paltrou kimi məşhur altyorların yer aldığı "Seven" ("Yeddi") adlı filmdə ruhi xəstənin ardından qaçan polis obrazını canlandırıb. Aktyor Devid Finçerin rejjisoru olduğu filmdə həyat yoldaşı obrazını canlandıran Paltrou ilə uzun müddət bir yerdə yaşayıb.
1996-cı ildə "Apollo 13" filmindəki astronaft rolundan imtina edib Terri Qilliamın fantastik "Twelve Monkeys" ("12 meymun") filmində dəli obrazını canlandıran Bred Pitt ən yaxşı ikinci dərəcəli qəhrəman mükafatı olan "Qızıl Qlobus" mükafatını alıb.
Bred Pitt 1997-ci ildə Harrison Ford ilə birgə "The Devil’s Own" ("Səssiz düşmən") adlı filmdə baş rolu bölüşüb. O, daha sonra "Seven Years in Tibet" ("Tibetdə yeddi il") filmində avstriyalı səyyah obrazını canlandırıb. Bred Pitt bundan sonra hər filmə görə 10 milyon dollar alaraq ulduz aktyora çevrilib.
Pitt Entoni Hopkinsin baş rolda çəkildiyi "Joe Black" adlı filmdə ölümü canlandırıb. O, daha sonra "Fight Club" ("Döyüş Klubu") filmində rol alıb. Edvard Norton və Helen Bohem Karterlə birlikdə baş rolu paylaşan aktyor, Çak Palanikin romanına uyğunlaşdırılan istehlak şirkətlərinin mərhəmətsizliyini tənqid edən filmdə Tyler Durden adlı sabun satıcısı obrazını canlandırıb.
Bred 2000-ci ildə "Snatch" ("Qapmaq") filmində fərqli bir tərzlə onu sevənlərin qarşısına çıxıb. Bu filmdə o, baş rolları Robert Redford və Katerin MakKormakla baş rolu paylaşıb. Bred Pitt 2001-ci ildə üç uğurlu filmə çəkilıb. Bunlardan birincisi "The Mexican" adlı filmdə aktyor baş rolu Culiya Robertslə bölüşüb. O, bu filmdə mafiya aləminin kuryeri olaraq çalışan Cerri Velbiçi canlandırıb. 2001-ci ildə çəkildiyi ikinci uğurlu "Ocean`s Eleven" adlı filmdə Pitt baş rolları Corc Kluni, Culiya Roberts, Andi Qarsiya və Matt Damonla bölüşüb. Aktyorun 2001-ci ildə çəkildiyi üçüncü "Spy Game" adlı filmdə Robert Redfordla baş rolları paylaşıb. O, bu filmdə baş rolda çəkilərək, CİA mütəxəssisinin dostu obrazını calandırıb.
Bred Pitt "Troy" (2004), "Ocean`s Twelve" (2004), "Mr.& Mrs.Smith" (2005), "Babel" (2006), "The Assassination of Jesse James by the Coward Robert Ford" (2007), "Ocean`s Thirteen" (2007), "The Curious Case of Benjamin Button" (2008), "Inglorious Basterds" (2009), "Tree of Life" (2011), "Moneyball" (2011), "World War Z" (2013), "12 Years a Slave" (2013), "Fury" (2014), "The Big Short" (2015), "Allied" (2016) filmlərində rol alıb. Onun 2017-ci ildə "War Machine" filmində rol alacağı gözlənilir. Bred hazırda aktyor və prodüser kimi fəaliyyət göstərir