"Starlink"ə rəhbərlik edən "SpaceX" vitse-prezidenti şirkətdən ayrılıb Dünya

"Starlink"ə rəhbərlik edən "SpaceX" vitse-prezidenti şirkətdən ayrılıb

ABŞ-nin "SpaceX" korporasiyasının "Starlink" peyk rabitəsi sisteminin inkişafına rəhbərlik edən vitse-prezidenti Çad Gibbs şirkəti tərk edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə korporasiyanın daxili yazışmalarına istinadən "Business Insider" portalı məlumat yayıb.

Məlumata görə, Gibbs şirkətdə 10 ildən artıq müddətdə çalışıb. O, "Starlink"in tədarük zəncirlərinə, xidmətlərin satışına və texniki dəstəyə rəhbərlik edib, həmçinin şirkətin mobil operatorlar bazarındakı fəaliyyətini idarə edib. Vitse-prezidentin işdən ayrılmasının səbəbləri dəqiqləşdirilmir. Kadr dəyişikliyi barədə əməkdaşlara "Starlink" rəhbərliyi məlumat verib və bunu "ciddi təşkilati dəyişiklik" adlandırıb.

Şirkətdən boşalan vəzifəni kimin tutacağı barədə hələlik açıqlama verilməyib. Gibbsin "SpaceX"dən ayrıldıqdan sonrakı planları da açıqlanmır.

Məryəm Quliyeva