Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq prinsipi üzərində qurulub
Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb - FOTO
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Baş katib Azər Allahverənov qazaxıstanlı dövlət qulluqçuları üçün növbəti dəfə təlim keçib
15:00
210
Türkiyə-Azərbaycan münasibətləri daima qardaşlıq prinsipi və qarşılıqlı dəstək üzərində qurulub. Türkiyə tək Azərbaycanın yerləşdiyi regiondan başqa ətraf regionlarda da maraq dairəsi mübarizəsi aparır, xüsusən də, Yaxın Şərq və Aralıq dənizi hövzəsində. Təbii olaraq Azərbaycan hər zaman Türkiyənin atdığı və atacağı addımları dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib.
O, qeyd edib ki, Azərbaycan Türkiyənin regional gücə çevrilməsi üçün əlindən gələni əsirgəməyəcək: "Azərbaycanın öz regionunda geosiyasi proseslərdə güclü olması Türkiyənin güclü olmasına bağlıdır. Türkiyə nə qədər güclüdürsə, Azərbaycan da bir o qədər güclüdür. Bu baxımdan Türkiyənin digər regionlardakı proseslərdən güclü çıxması Azərbaycanı da gücləndirir.
Bu baxımdan, hesab edirəm ki, Türkiyə Suriya, Liviya, Aralıq dənizi, həmçinin İran məsələsində Azərbaycanla ciddi şəkildə fikir mübadiləsi edib, ortaq qərarlar almalıdır. Bütün siyasi və iqtisadi təsir rıçaqları götür-qoy edilməli, güclərimiz barəsində real nəticəyə gəlinməlidir".
Cavid
14:48
287
13:56
945
13:14
518