Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək
İran HDQ-nin xüsusi təyinatlıları ABŞ-nin ələ keçirdiyi iki tankeri geri aldığını bildirib
Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb
Yaponiyada üçüncü və sonrakı uşaqlara görə 62 min dollar ödəniş təklif olunur
13:56
357
“Bu gün Estoniya xarici işlər naziri Marqus Tsaxknanın Azərbaycana səfəri başlayıb və bu səfər həm də Estoniyanın Azərbaycanda səfirliyinin rəsmi açılışı ilə yadda qalacaq. Bu gün ikitərəfli münasibətlərimizin institusional baxımdan yeni mərhələyə daxil olduğunu söyləyə bilərik. Düzdür, diplomatik münasibətlərimiz 1992-ci ilin aprel ayından qurulub. Lakin keçən dövr ərzində diplomatik münasibətlər qeyri-rezident diplomatik təmsilçilik səviyyəsində olub”.
Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirovun sözlərinə görə, artıq bu ilin mart ayından Estoniyanın Azərbaycandakı səfirliyi fəaliyyətə başlayıb, amma onun rəsmi açılışı bu günə - noyabrın 27-nə təsadüf edir: “Bu əlaqələrə və bu təmaslara təkcə ikitərəfli münasibətlər formatında deyil, həm də çoxtərəfli münasibətlər formatında qiymət vermək yerinə düşər. Çünki Estoniya həm Avropa İttifaqının 27 ölkəsindən biridir, eyni zamanda, NATO-nun 32 ölkəsindən biridir və Azərbaycanın həm NATO ilə, həm də Avropa İttifaqı ilə münasibətləri kontekstində də biz Estoniya ilə əlaqələrimizin yeni məzmun kəsb etməsinə diqqət yetirməliyik”.
Deputat hesab edir ki, səfirliyin açılması ilə bizim əlaqələrimiz bir sıra sahələr üzrə inkişaf edə bilər: “Bu, xüsusilə də süni intellekt, kibertəhlükəsizlik məsələləri, elektron hökumət, rəqəmsallaşma, yaşıl enerjiyə keçid, təhsil, mədəniyyət, nəqliyyat-logistika sahələrində əlaqələrin inkişafı ilə bağlı yeni imkanlar pəncərəsi açıla bilər. Qeyd edilən sahələr üzrə Estoniya dövlətinin çox böyük təcrübəsi var və təcrübə mübadiləsi baxımından da bu, çox aktualdır. Həmçinin Azərbaycan yerləşdiyi coğrafiya, Avropadakı enerji təhlükəsizliyinə töhfəsi, böyük nəqliyyat-logistika imkanları baxımından və bütövlükdə Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi ciddi töhfələr baxımından Estoniya üçün çox əhəmiyyətli məna kəsb edir”.
Röya İsrafilova
13:14
462
12:47
560
12:46
553