İsveçin şimalındakı "Byorkdalsqruvan" qızıl mədənində yanğın baş verib Dünya

İsveçin şimalındakı "Byorkdalsqruvan" qızıl mədənində yanğın baş verib

İsveçin şimalındakı "Byorkdalsqruvan" qızıl hasilatı mədənində yanğın baş verib. Yeraltı sahədə avtomobil yanıb, bundan sonra əməkdaşların bir hissəsi xüsusi xilasetmə kamerasına sığınıb.

xəbər verir ki, İsveç KİV-lərinin məlumatına görə, xilasetmə kamerasında 27 nəfər var. Onların hamısı təhlükəsizlikdədir, lakin hələlik mədəni müstəqil şəkildə tərk edə bilmirlər.

Hadisə yerində yanğınsöndürənlər və təcili yardım xidmətləri işləyir. Təxliyə üçün xüsusi mədən xilasetmə texnikası cəlb olunub. Yanğının səbəbləri araşdırılır.

Məryəm Quliyeva