“Qalatasaray” Batrakov üçün yeni qiymət müəyyənləşdirdi İdman

“Qalatasaray” Batrakov üçün yeni qiymət müəyyənləşdirdi

Türkiyənin “Qalatasaray” klubu rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun müqaviləsindəki sərbəstqalma məbləğini artırmağı planlaşdırır.

Yerli media xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun sərbəstqalma qiymətini 55 milyon avrodan 80 milyon avroya yüksəltmək niyyətindədir.

Batrakov avqustun 20-də Moskvanın “Lokomotiv” klubundan “Qalatasaray”a keçib və 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, o, İstanbul təmsilçisinin heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.