15:53
259.jpg)
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və Gənclər və İdman Nazirliyinin Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallara hazır gənclər” adlı maarifləndirmə tədbiri keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd gənclərə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı zəruri davranış qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin, FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, eləcə də Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşları və gənclər iştirak ediblər.
Toplantıda çıxış edən natiqlər dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğının əhəmiyyətindən bəhs edib, onların vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar. Həmçinin, gənclərin fövqəladə hallar zamanı düzgün davranış qaydaları ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnməsinin vacibliyi vurğulanıb.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, fövqəladə halların, o cümlədən yanğınların başvermə səbəbləri barədə məlumat verilib, belə hallarda davranış qaydaları izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada davam edən tədbirdə mövzulara dair videoçarxlar nümayiş olunub, iştirakçıların sualları ətraflı cavablandırılıb.
Tədbir çərçivəsində gənclər arasında viktorina da təşkil edilib, qaliblərə fəxri fərmanlar təqdim olunub.
Daha sonra gənclərə FHN-in Sumqayıt Regional Mərkəzinin və regionda fəaliyyət göstərən digər qurumlarının xüsusi texnika və avadanlıqları təqdim edilib, xilasedicilərin gündəlik fəaliyyəti barədə məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçıları Regional Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
.jpg)
.jpg)
.jpg)