“Yeddi oğuldan biri”nin xatirə gecəsi keçiriləcək Mədəniyyət

“Yeddi oğuldan biri”nin xatirə gecəsi keçiriləcək

Sabah saat 19.00-da Nizami Kino Mərkəzində görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək

Axar.az xəbər verir ki, xatirə gecəsində sənətkarın yaradıcılığını əks etdirən foto sərgi nümayiş olunacaq.
Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, kino salnaməsində adı fəxrlə yad edilən, kinonu tamaşaçıya sevdirən, yaratdığı müxtəlif obrazlarla həmişəlik yaddaşlara həkk olunan Şahmar Ələkbərov haqqında onun dostları və yaxınları xatirələri ilə bölüşəcək.
Xatırladaq ki, 1943-cü ildə Gəncədə anadan olan kinoaktyor və rejissor Şahmar Ələkbərov 150-yə yaxın filimdə çəkilib.