Qələbə Gününə həsr olunmuş festival-müsabiqə Mədəniyyət

Qələbə Gününə həsr olunmuş festival-müsabiqə

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 9 May - Qələbə Günü festival-müsabiqəsi elan edib. Bir turdan ibarət müsabiqə fortepiano, xalq çalğı, simli, nəfəs alətləri, gitara, xanəndə, vokal, estrada oxuma və rəsm ixtisasları üzrə Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında 3 yaş qrupu üzrə (I qrup – 8-11 yaş, II qrup – 12-14 yaş, III qrup – 15-17 yaş) keçirilir.
İştirakçılar ifa müddəti 5 dəqiqəyə qədər olan bir əsərlə festival-müsabiqəyə qatıla bilərlər. Müsabiqə zamanı konsertmeyster çətinliyi nəzərə alınır. İştirak haqqında ərizələr məktəb rəhbərliyi tərəfindən aprelin 28-dək [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün (+994) 50 355-08-49 mobil telefonu ilə əlaqə saxlamaq olar. Göstərilən vaxtdan gec daxil olan sənədlər qəbul edilməyəcək.