Səfir: Latviya Azərbaycan və Ermənistan arasında sülhlə bağlı irəliləyişi yüksək qiymətləndirir
Rusiya XİN: "3+3" formatında növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir
Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışıb
Dövlət hesabına verilən ipoteka kreditlərinin məbləği açıqlanıb
21 Dekabr 2020 09:28
24 465
Bu il yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən “Türkvizyon”- Türk Dünyası Mahnı Müsabiqəsinin qalibi məlum olub.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, ukraynalı Qaqauz türkü Nataliya Papazoğlu “Tikanlı yol” mahnısına görə 226 səslə birinci yerə layiq görülüb.
İkinci yerdə Rusiya (Saxa Yakutiya), üçüncü yerdə isə Bosniya və Herseqovina qərarlaşıb. Azərbaycan 5, Türkiyə isə 12-ci yeri tutub.
Türkiyənin Türk Musiqi Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa, Rumıniya və digər ölkələr olmaqla 26 təmsilçi iştirak edib. Qalibləri də 26 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Qeyd edək ki, müsabiqədə ən çox təmsilçi Rusiyadan qatılıb, moskvalı iştirakçı ilə bərabər Saxa Yakutiya, Tuva, Tümen, Tatarıstan, Noqay, Hakasya, Başqırdıstan türkləri müsabiqədə yer alıb.
Müsabiqənin xüsusi “Tamaşaçı rəğbəti” mükafatı Azərbaycan xalq mahnısı “Sarı gəlin” ifasına görə polşalı ifaçıya verilib.
“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.
Müsabiqə 20-dək telekanal vasitəsilə canlı yayımlanıb.
TMB TV-dən bildirilib ki, gələn il müsabiqə Azərbaycanın Şuşa şəhərində keçiriləcək.
11:13
1 246
19 Noyabr 13:45
1 617
19 Noyabr 13:37
1 533