13:46
448
“Fitch Solutions” şirkətinin BMI araşdırma bölməsi Azərbaycanda iqtisadi artımın 2026-cı ildə 2,5%, 2027-ci ildə isə 3% təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə şirkətin Azərbaycan üzrə hesabatında bildirilib.
Hesabata əsasən, 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 1,4% artdığı qiymətləndirilir. Beləliklə, BMI 2026-cı ildə iqtisadi artımın 1,1 faiz bəndi daha çox olacağını gözləyir.
BMI hesab edir ki, Azərbaycanda iqtisadi artımın sürətlənməsinə əsasən investisiyaların və ixracın genişlənməsi təsir göstərəcək. Avropanın alternativ enerji təchizatçılarına tələbatının artması Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirləri dəstəkləyəcək.
Hesabatda qeyd olunur ki, neft hasilatının azalmasına baxmayaraq, qlobal enerji qiymətlərinin yüksəlməsi və Avropanın Azərbaycan qazına tələbatının artması ixrac gəlirlərinə, dövlət maliyyəsinə və xarici iqtisadi balans göstəricilərinə müsbət təsir göstərə bilər.
BMI-nin məlumatına görə, 2026-cı ilin fevralına olan göstəricilər əsasında Azərbaycanda neft hasilatı ilin əvvəlindən təxminən 8% azalıb. Analitiklər bunu neft yataqlarının istismar müddətinin artması və hasilat imkanlarının məhdudlaşması ilə əlaqələndirirlər.
Bununla yanaşı, şirkət qaz sektorunun iqtisadi artım üçün daha əlverişli perspektivlər yaratdığını vurğulayır. Cənub Qaz Dəhlizi vasitəsilə ixracın genişlənməsi və enerji qiymətlərinin yüksək qalması dövlət gəlirlərini və investisiyaları dəstəkləyən amillər kimi qiymətləndirilir.
BMI hesab edir ki, enerji sektorundakı müsbət dəyişikliklərin ümumi iqtisadi artıma təsiri müəyyən gecikmə ilə özünü göstərəcək. Bununla belə, iqtisadiyyatın karbohidrogen sektorundan struktur asılılığı ortamüddətli artım potensialını məhdudlaşdırmağa davam edəcək.
Şirkətin proqnozuna əsasən, Azərbaycanda real ÜDM artımı 2028-ci ildə 3%, 2029-cu ildə 3,3%, 2030-cu ildə isə 3,4% təşkil edəcək.
14:06
378
14:05
441
13:19
427