14:54
798.jpg)
Türkiyə Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərinə sahib olduğu müddətdə Amerikanın "F-35" qırıcı proqramına qayıda bilməz.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Cathimerini" nəşrinə bəyan edib.
"ABŞ Milliləşdirilmiş Müdafiə Səlahiyyətləri Haqqında Qanununun (NDAA) müddəası çox sərt şərtlər nəzərdə tutur, odur ki, bu şərtlər yerinə yetirilməyənə qədər satınalma mümkün deyil. Problem "S-400" sistemləridir. Hazırda bu məsələ həll olunmayıb və qanunvericiliyə əsasən, həll edilməyənədək biz tədarükü həyata keçirə bilmərik", - deyə Dövlət Departamentinin rəhbəri bildirib.
Onun fikrincə, Türkiyə həll yolu tapmağa çalışır.
Rubio həmçinin xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp "mümkün olarsa, Türkiyəni təchiz etmək arzusunu ifadə edib, çünki o, artıq bir neçə təyyarə üçün ödəniş edib".
Məryəm Quliyeva