Prezident: Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır Siyasət

Prezident: Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır

Azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib.

O bildirib ki, Qırğızıstan tərəfindən də azad edilmiş ərazilərdə məktəb tikilib.

“Biz bu yardımı yüksək qiymətləndiririk”, – Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini bildirib.