"Dəmir Qübbə" üçün ilk Amerika istehsalı raket İsrailə təhvil verilib Gündəm

"Dəmir Qübbə" üçün ilk Amerika istehsalı raket İsrailə təhvil verilib

İsrail Raketdən Müdafiə Təşkilatının direktoru Moşe Patel İsrailə "Dəmir Qübbə" sistemi üçün Arkanzas ştatındakı müəssisədə tam şəkildə ABŞ-də istehsal olunmuş ilk "Tamir" ələkeçirici raketinin təhvil verildiyini bildirib.

Xalqcebhesi.az "Israel National News"a istinadən xəbər verir ki, Arkanzas ştatının İst-Kamden şəhərində yerləşən "Raytheon-Rafael Area Protection Systems" (R2S) müəssisəsində "Dəmir Qübbə" HHM və RƏM sistemi üçün ABŞ-də tam şəkildə istehsal və yığılmış ilk "Tamir" raketinin İsrailə təhvil verilməsi mərasimi keçirilib.

Kamdendəki kompleks İsraildən kənarda hazır "Tamir" raketləri buraxan ilk istehsal sahəsi olub. Obyekt "Rafael" şirkəti tərəfindən "Raytheon" ilə birgə ABŞ-də istehsal güclərini genişləndirmək və iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığı möhkəmləndirmək çərçivəsində yaradılıb ki, bu da yeni iş yerlərinin açılmasına və ABŞ-nin hərbi-sənaye bazasının güclənməsinə xidmət etməlidir.

"İsrailin çoxsəviyyəli raketdən müdafiə sistemi və xüsusilə "Dəmir Qübbə" son illərdə insan həyatının xilası və müxtəlif təhdidlərdən dəyən zərərərin azaldılmasında öz mühüm rolunu dəfələrlə sübut edib", - deyə Moşe Patel bildirib. O vurğulayıb ki, ABŞ-dəki yeni istehsal xətti birgə istehsalı sürətləndirir, İsrailin iştirakı ilə ABŞ RƏM proqramlarının maliyyələşdirilməsi isə Amerika müəssisələrinə sifarişlər şəklində geri qayıdır.

Məryəm Quliyeva