Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı Hadisə

Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 24-də Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 82 yaşlı Fərhad Məsim oğlu İsgəndərovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.