Paytaxtda daha üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib Cəmiyyət

Paytaxtda daha üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Paytaxtın Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Marşrutların fəaliyyət istiqamətləri:

- 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı;

- 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı;

- 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun “Əhmədli” stansiyası.