10:45
455
Litvanın Prezidenti, Hökuməti və Seymi (parlamenti) müharibə şəraitində fəaliyyət göstərməyə hazırlaşır.
Xalqcebhesi.az -ın xəbəribə görə, bu barədə LRT milli radiosunun efirində parlament sədrinin müşaviri Saulyus Stripeyka məlumat verib.
"Parlament sədri Ukraynadakı vəziyyəti təhlil edərək qanuna dəyişikliklər hazırlayıb. Bu dəyişikliklər müharibə baş verəcəyi və fəaliyyətin adi rejimdə davam etdirilməsi mümkün olmadığı təqdirdə, Silahlı Qüvvələri və Rəhbərliyin Mühafizə Xidmətini hakimiyyət strukturlarının işini təmin etməyə vəzifələndirir", - deyə o bildirib.
Müşavirin sözlərinə görə, ətraflı planları ordu komandanlığı və Rəhbərliyin Mühafizə Xidməti işləyib hazırlayacaq. "İlk növbədə, onlar hakimiyyət strukturlarının təxliyəsi halında alternativ iş yerləri nəzərdə tutmalıdırlar", - deyə Stripeyka qeyd edib.
Spiker tərəfindən hazırlanmış dəyişikliklər hazırda parlamentin baxışındadır.
Məryəm Quliyeva