Səhiyyə Nazirliyi ləngimələr və növbələrlə bağlı məsələyə münasibət bildirib Cəmiyyət

Səhiyyə Nazirliyi ləngimələr və növbələrlə bağlı məsələyə münasibət bildirib

Elektron sistemdəki problemlərlə əlaqədar yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır.

Bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.

Bildirilib ki, elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb: "Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik".