Japarov Mərkəzi Asiya və Azərbaycan üçün vahid turizm vizası təklif edib Dünya

Japarov Mərkəzi Asiya və Azərbaycan üçün vahid turizm vizası təklif edib

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrinə və Azərbaycana vahid turizm vizasının tətbiq edilməsini təklif edib.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərinə görə, bu altı ölkə bir-birini tamamlayan turizm potensialına malikdir. Tarixi şəhərlər, dağ və Xəzəryanı marşrutlar, varlı mədəni irs Mərkəzi Asiya və Azərbaycanın cəlbedici səyahət istiqaməti kimi təşviq edilməsi üçün səyləri birləşdirməyə imkan verir.

"Görməli yerlərimizi birgə turizm marşrutları ilə birləşdirərək "bir neçə ölkəyə bir səyahət" prinsipi üzrə əməkdaşlığı inkişaf etdirməyi təklif edirik. Qırğızıstanın vahid turizm vizasının tətbiqi ilə bağlı təşəbbüsünün bundan sonra da dəstəklənəcəyinə ümid etdiyimi bildirirəm. Xarici işlər idarələrimizə onun reallaşdırılması üzrə konkret mexanizmlər hazırlamağı tapşırmağı təklif edirəm", - deyə o, Azərbaycanın da iştirak etdiyi Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşündə bildirib.

Məryəm Quliyeva