Dərmanların qiymətlərini telefondan izləmək olar İqtisadiyyat

Dərmanların qiymətlərini telefondan izləmək olar

Tural

Qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür. Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının "Dərman vasitələri" bölməsində "pdf" formatında yerləşdirilmişdir. Bu isə, həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır. Qeyd edək ki, yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.