Müflis olmuş bankların əmanətçilərinə 206 milyon manat ödənilib İqtisadiyyat

Müflis olmuş bankların əmanətçilərinə 206 milyon manat ödənilib

1 avqust 2016-cı il tarixdən etibarən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. Trend-in ADİF-ə istinadən verdiyi məlumata görə, 23 avqust 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 20,3 milyon manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 29,3 milyon manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 9,9 milyon manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2,4 milyon manatdan artıq kompensasiya ödənilib.
22 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. 23 avqust 2016-cı il tarixdə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 317,4 manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 140 min manatdan artıq kompensasiya ödənilib. Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 24,052 min manat kompensasiya ödənilib. Sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 895,5 min manat kompensasiya ödənilib. Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 119,5 milyon manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 206 milyon manatdan artıq kompensasiya ödənilib.