“2017-ci ilin büdcəsində bəzi istiqamətlər üzrə azalmalar var” İqtisadiyyat

“2017-ci ilin büdcəsində bəzi istiqamətlər üzrə azalmalar var”

Səməd Seyidov: "Lakin onlar işin təşkil olunmasına müsbət təsir göstərəcək"

"Bu gün dünyada gedən proseslər Azərbaycanda öz əksini tapır və öz təsirini göstərir. Prezident İlham Əliyev islahatların aparılması haqqında öz siyasi iradəsini ortaya qoyub və həmin islahatlar konsepsiyası 2017-ci ilin büdcəsində öz əksini tapıb ". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komtəsinin sədri Səməd Seyidov deyib. O bildirib ki, 2017-ci ilin büdcəsində bəzi istiqamətlər üzrə azalmalar var, lakin onlar işin təşkil olunmasına müsbət təsir göstərəcək: "Gələn ilin büdcəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqında Azərbaycanın öhdəlikləri tam şəkildə yerinə yetirilməsi öz əksini tapıb. Bu sahəyə ayrılan vəsaitdə azalma yoxdur. Əksinə Azərbaycan Respublikasının xaricdəki səfirlikləri , konsulluqları, diplomatik nümayəndəliklərinin saxlanması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb və bu istiqamətdə ekstensiv inkişafın əvəzinə intensiv fəaliyyət dövrünə keçməyimiz üçün müxtəlif adddımlar da atılıb. Bu gün daha çox say yox, keyfiyyət, səmərəli iş və nəticə özünü göstərməlidir. Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" sammitində Şərq Tərəfdaşlığı ölkələri içərisində ilk dövlət başçısı olub ki, Assosiasiya Sazişinin imzalanması ilə bağlı qəti iradəsini ortaya qoyub. Bu il məhz Avropa Birliyi ilk dəfə Azərbaycanla ikitərəfli əlaqələrin formalaşması və yeni müqavilənin üzərində işə başlanması ilə bağlı bəyanat verdi. Cənab prezidentin xarici siyasəti bu tərzdə aparması həm XİN, həm də səfirliklər üçün konkret nümunə olmalıdır. Hesab edirəm ki, bu gün Azərbaycanın xarici siaysəti ölkə başçısının tövsiyə etdiyi istiqamətlər üzrə, islahatları özündə ehtiva edən və Azərbaycanı post-neft ölkəsi kimi təqdim edən bir siyasətə çevrilməlidir. Gələn ilin büdcəsində olan müddəalar və ayrılan pul hesab edirəm ki, bu işin yüksək səviyyədə təşkil edilməsinı əsas yaradacaq".
Komitə sədri qeyd edib ki, bu gün əsas işimiz faəliyyətimizin səmərəli şəkildə təşkil edilməsidir: "Nəyə görə biz səfilriklərin, konsulluqların, diplomatik nümayəndəliklərin, xaricdə keçirilən tədbirlərin, eləcə də respublika səviyyəsində hanısa xarici qonaqların və digər işlərin təşkil olunmasında səmərəli iradəmizi ortaya qoymayaq? Əminəm ki, büdcədən ayrılan vəsaitlər üzrə işimizi səmərəli təşkil etsək, Azərbaycanın beynəlxalq əlaqələri heç də hanısa problem qarşısında qalmayacaq, əksinə öz inkişafını davam edəcək".