Vergi orqanlarında işləmək istəyənlər imtahan verəcəklər İqtisadiyyat

Vergi orqanlarında işləmək istəyənlər imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə yanvarın 28-də "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında" əsasnaməyə müvafiq olaraq vergi orqanlarında işləmək istəyənlər üçün test imtahanı təşkil edəcək. DİM-dən bildiriblər ki, namizədlər "İmtahana buraxılış vərəqəsi"ni yanvarın 25-dən etibarən Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, 16) əldə edə bilərlər.
İmtahan saat 11:00-da Bakı şəhərində 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 2.889 namizəd artıq qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 243 nəzarətçi-müəllim, 25 imtahan rəhbəri ayrılıb. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi, 10 sual informatika, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.
Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vеrgilər Nаzirliyinin saytında "Faydalı" bölməsində "Vergi testi" altbölməsi yaradılıb. Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı "İşə qəbul. Müsabiqələr" bölməsinin müvafiq altbölməsində yerləşdirilib. Üç sааt dаvаm еdəcək imtahanda hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.