14 Yanvar 2020 11:42
2 051
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,32 dollar geriləyərək 67,21 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.