Dünya bazarında ət ucuzlaşıb İqtisadiyyat

Dünya bazarında ət ucuzlaşıb

2026-cı ilin oktyabrında dünyada ətin qiymət indeksi orta hesabla 125,5 bənd təşkil edib.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd edilib.

Bildirilib ki, bu rəqəm sentyabr ayı ilə müqayisədə 1,6 bənd və ya 1,2% azdır. Bununla belə, indeks ötən ilin eyni dövrünün göstəricisindən bir qədər yüksək olub.

Donuz, qoyun və mal ətinin qiyməti azalıb, quş ətinin qiyməti isə sabit qalıb.

Donuz ətinin qiymətində azalma əsasən Avropa İttifaqında qiymətlərin aşağı düşməsi ilə bağlı olub.

Qoyun ətinin qiymətinin ucuzlaşmasında Avstraliyada mövsümi təklifin artması və valyuta məzənnələrindəki dəyişikliklər rol oynayıb.

Mal ətinin qiyməti də cüzi düşüb. Quş ətinin dəyəri əhəmiyyətli dərəcədə dəyişməyib. Beynəlxalq tələbatın sabit qalması qlobal bazarda təklifin çoxluğu qiymətləri tarazlaşdırıb.