ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
21 Fevral 2020 17:07
4 347
Martın 2-6-da ölkəmizdə II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" keçiriləcək. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib. O, həftə ərzində keçiriləcək tədbirlər barədə məlumat verərək qeyd edib ki, nazirlik tərəfindən ikinci ildir təşkil olunan "Kibertəhlükəsizlik həftəsi"nin keçirilməsi bu sahədə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Sözügedən həftə çərçivəsində kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətlərinə həsr edilmiş 8 tədbirin keçirilməsi nəzərdə tutulur. İlk tədbir martın 2-də baş tutacaq "Kibertəhlükəsizlik konfransı" olacaq. Konfransla paralel olaraq kibertəhlükəsizlik üzrə həllərin nümayiş etdiriləcəyi "Cyber village" sərgisi açılacaq. Martın 3-də "Təhlükəsiz hökumət buludu" tədbiri baş tutacaq. "AzInTelecom" MMC tərəfindən təşkil ediləcək "Hökumət buludu" layihəsinin icrası üzrə görülmüş işlər, məhsullar, xidmətlər və gələcək planlar diqqətə çatdırılacaq. Eyni zamanda, həmin gün dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün pentestinq, yəni nüfuz üzrə praktiki seminar təşkil ediləcək. Martın 4-də Kibertəhlükəsizlik üzrə gənclərin internet idarəçilik forumu keçiriləcək. Eyni zamanda, "Hackathon" müsabiqəsinə start veriləcək. Martın 5-də isə "Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi" tədbiri təşkil olunacaq.
14 Mart 10:30
1 701
13 Mart 18:53
2 086
13 Mart 16:19
2 247