21 Fevral 17:42
21 Fevral 14:58
Azərbaycanda 19 dərəcəyədək isti müşahidə olunub - FAKTİKİ HAVA
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Araqçi və Qrossi ABŞ-la danışıqların irəliləməsi üçün dialoqun vacibliyini vurğulayıblar
Avstraliya İŞİD-lə əlaqəli şəxslərin ailələrinin geri qaytarılması barədə yeni məlumat yayıb
Rusiya Kiyev və vilayəti kütləvi şəkildə atəşə tutub, evlər yanır
12 May 2020 13:47
2 870
Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 26 721 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 100 374 fərdi (mikro) sahibkar, cəmi 127 095 vergi ödəyicisi müraciət edib.
Nazirlikdən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 253 983 işçini əhatə edən 26 721 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.
İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 91,14 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 45, 57 mln. manat təşkil edir. Mayın 8-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 21 820 vergi ödəyicisinə 192 649 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 43, 58 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 91 680 vergi ödəyicisindən müraciət daxil olub, 87 393 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 55,08 mln. manat təşkil edir. Mayın 8-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 52,81 mln. manat vəsaitin 87 393 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
21 Fevral 16:25
1 813
21 Fevral 14:11
1 995
21 Fevral 14:09
1 876