16:16
392
İran güclü geosiyasi mövqededir, buna görə də hazırda Yaxın Şərqdəki münaqişəni əlverişli şərtlərlə başa vurmaq imkanı var.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan bəyan edib.
"Müharibə müəyyən bir məqamda bitməlidir. Ən yaxşısı onu bu gün – biz güclü mövqedə olduğumuz, hörmətdən faydalandığımız və bütün dünya qaydalara zidd olaraq ABŞ-nin məktəblərimizə, xəstəxanalarımıza və infrastrukturumuza hücum etdiyini vurğulayaraq qələbəmizi etiraf etdiyi bir vaxtda bitirməkdir", – deyə "Etemad Online" agentliyi onun sözlərini sitat gətirir.
Məryəm Quliyeva