ABŞ HDQ yeni təyyarədaşıyan gəmiyə Trampın adını verə bilər Dünya

ABŞ HDQ yeni təyyarədaşıyan gəmiyə Trampın adını verə bilər

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəhbərliyi yeni təyyarədaşıyan gəmiyə ölkə prezidenti Donald Trampın adının verilməsi imkanını müzakirə edir. İlkin plana görə, gəmiyə ABŞ donanmasının ilk təltif olunmuş qaradərili dənizçisi Doris Millerin adı verilməli idi.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, "Cerald Ford" tipli təyyarədaşıyan gəminin adının dəyişdirilməsi ehtimalı artıq bir neçə aydır ki, müzakirə olunur. Gəmiyə Donald Trampın adının verilməsi ilə bağlı qərarı Pentaqon rəhbəri Pit Heqset və HDQ nazirinin əvəzi Hunq Tsao verəcək.

İkinci Dünya müharibəsi zamanı Pörl-Harbor hücumunun dəf edilməsində fərqlənən Miller, ABŞ HDQ-nin ikinci ən mühüm mükafatı olan "Hərbi Dəniz Xaçı" medalına layiq görülmüş ilk qaradərili dənizçi olmuşdu. "NBC"-nin məlumatına görə, onu ölümündən sonra "Şərəf" ordeni ilə təltif etmək istəyirlər. "Minaatanları sıxlıqla "Şərəf" ordeni kavaleri olan şəxslərin, təyyarədaşıyan gəmiləri isə prezidentlərin şərəfinə adlandırırlar", – deyə xəbərdə qeyd olunur.

Məryəm Quliyeva