İran XİN rəhbəri Trampın genişmiqyaslı sanksiyalarının da məhkum olduğunu bildirib Dünya

İran XİN rəhbəri Trampın genişmiqyaslı sanksiyalarının da məhkum olduğunu bildirib

“ABŞ-ın ən sarsıdıcı iqtisadi əməliyyatı da məğlubiyyətə məhkumdur”

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediləcəyi ilə bağlı təhdidlərinə cavabında bildirib.

“14 il əvvəl: Tarixin ən iflicedici sanksiyaları. Uğursuz oldu. 8 il əvvəl: Maksimum təzyiq. Uğursuz oldu. 5 ay əvvəl: Qeyd-şərtsiz təslim. Uğursuz oldu. Bu gün; Tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı. Bu da məğlubiyyətə məhkumdur”, - Əraqçi bildirib.